Qurban bayramı gününə olan hava proqnozu açıqlanıb

Qurban bayramı gününə olan hava proqnozu açıqlanıb Sabah Bakıda 30 dərəcə isti olacaq
Ekologiya
23 Sentyabr , 2015 12:32
Qurban bayramı gününə olan hava proqnozu açıqlanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Qurban bayramı günündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, sabah Bakıda 30 dərəcə isti olacaq. 

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 26-31, Bakıda isə gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi