Yuxarı

Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq

Paytaxtda qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq

Bakı. 5 fevral. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, şənbə günü paytaxtda gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 7-8-də Abşeron yarımadasında davamlı güclü xəzri küləyinin əsməsi, havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi