Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq
Ekologiya
7 Yanvar , 2016 12:26
Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında yanvarın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah axşam yarımadanın bəzi yerlərində çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4 isti, gündüz 7-12 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında sulu qar, qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi