Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycanın bəzi rayonlarında 37 dərəcə isti olacaq

    Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Sentyabrın 9-də Bakıda 35 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

    Sentyabrın 9-da Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq.

    Tibbi meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 10-11-də isə mülayim xəzri küləyinin üstünlüyü müsbət amildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi