Sabah Azərbaycanın bəzi rayonlarına dolu düşəcək

Sabah Azərbaycanın bəzi rayonlarına dolu düşəcək Abşeron çimərliklərində dəniz suyunun temperaturu da açıqlanıb
Ekologiya
1 İyun , 2015 12:37
Sabah Azərbaycanın bəzi rayonlarına dolu düşəcək

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq.

İyunun 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Temperatur gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi