Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-də Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Bu barədə "Report"a
Onun sözlərinə görə, sabah paytaxtda şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 26-29 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.