Bakı. 15 may. REPORT.AZ/ Mayın 16-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza gəlincə, mayın 16-17-də Abşeron yarımadasında meteoroloji amillər mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.