Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda gündüz 28-33 dərəcə isti olacaq
Ekologiya
29 May , 2015 13:34
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanda mayın 30-da müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Həmin gün Azərbaycanın rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 30-da Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yüksək olsa da, mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişlidir. Mayın 31-də gündüz cənub-şərq küləyinin üstünlüyü fonunda rütubətliliyin bir qədər artması bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Son xəbərlər

Orphus sistemi