Yuxarı

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bəzi yerlərdə duman olacaq

Bakı. 9 mart. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq, şimal küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında martın 10-da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlədə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi