Sabah Azərbaycanda havanın temperaturu yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu yüksələcək Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir
Ekologiya
18 Aprel , 2016 11:08
Sabah Azərbaycanda havanın temperaturu yüksələcək

Bakı. 18 aprel. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, aprelin 19-da paytaxt və yarımadada axşama doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi