Yuxarı

Sabah Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq

Bakı. 22 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, paytaxtda və yarımadada arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33 dərəcə, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında iyulun 23-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi