Sabah Azərbaycanda havanın temperaturu 26 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 26 dərəcəyədək yüksələcək Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq
Ekologiya
3 Mart , 2016 12:18
Sabah Azərbaycanda havanın temperaturu 26 dərəcəyədək yüksələcək

Bakı. 3 mart. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxt və yarımadanın bəzi yerlərində duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 14-19 dərəcə isti, bəzi yerlərdə 23 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 16-21 dərəcə isti, bəzi yerlərdə 26-dərəcəyədək, dağlarda gecə 2-7 dərəcə, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi