Sabah Azərbaycanda havanın temperaturu 17 dərəcəyədək artacaq

Sabah Azərbaycanda havanın temperaturu 17 dərəcəyədək artacaq Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək
Ekologiya
29 Fevral , 2016 12:18
Sabah Azərbaycanda havanın temperaturu 17 dərəcəyədək artacaq

Bakı. 29 fevral. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxt və yarımadanın bəzi yerlərində zəif duman olacağı ehtimalı var. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi