Bakı. 8 dekabr. REPORT.AZ/ Sabah - dekabrın 9-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, cənub küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə dekabrın 9-da hava şəraitinin əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran və Astara zonasında arabir yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0 dərəcə şaxtadan 5 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.