Sabah Azərbaycanda hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Sabah Azərbaycanda hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq Rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir
Ekologiya
26 May , 2015 12:52
Sabah Azərbaycanda hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Bakı. 26 may. REPORT.AZ/ Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. 

Onun sözlərinə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30 dərəcə isti olacaq.

Mayın 27-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında metereoloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq. Mayın 28-də atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Son xəbərlər

Orphus sistemi