​Sabah Azərbaycanın bəzi rayonlarında 15 dərəcə isti olacaq

​Sabah Azərbaycanın bəzi rayonlarında 15 dərəcə isti olacaq Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir
Ekologiya
1 Fevral , 2016 12:32
​Sabah Azərbaycanın bəzi rayonlarında 15 dərəcə isti olacaq

Bakı. 1 fevral. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeronda gecə 4-7, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Fevralın 2-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxtadan, 2-6 dərəcəyədək isti olacaq.

Son xəbərlər

Orphus sistemi