Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycan ərazisində hava şəraiti yağmursuz olacaq

    Azərbaycanın rayonlarında 21 dərəcə isti olacaq

    Bakı. 5 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində hava şəraiti yağmursuz olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, noyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluq artacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam ayrı-ayrı şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi