Saatlıda icazəsiz balıq ovlayan şəxs saxlanılıb

Saatlıda icazəsiz balıq ovlayan şəxs saxlanılıb Bakı. 3 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Baş Mil-Muğan Kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
Ekologiya
3 Oktyabr , 2018 15:10
Saatlıda icazəsiz balıq ovlayan şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Baş Mil-Muğan Kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin Saatlı rayon sakini Xəyal Behbudov olduğu müəyyən edilib. Ondan müxtəlif növ balıqlar və ov aləti götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 649 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi