Pyotr Qorodov: Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi region üçün vacibdir

Pyotr Qorodov: Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi region üçün vacibdir Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi region üçün vacibdir.
Ekologiya
4 Aprel , 2024 11:03
Pyotr Qorodov: Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi region üçün vacibdir

Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi region üçün vacibdir.

“Report” xəbər verir ki, bunu Rusiya Baş prokurorunun müavini Pyotr Qorodov Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda keçirilən beştərəfli görüşü zamanı deyib.

“Xəzəryanı dövlətlərin dənizin mühafizəsi məsələsində birgə fəaliyyəti regionun təsərrüfat subyektlərinin təhlükəsizliyini təmin edən amildir”, - o bildirib.

P.Qorodov qeyd edib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı həm də Xəzər vasitəsilə dəniz daşımalarının istifadəsini də nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi