“Report” İnformasiya Agentliyi ağacəkmə aksiyasında iştirak edib - VİDEO

“Report” İnformasiya Agentliyi ağacəkmə aksiyasında iştirak edib - VİDEO “Report” İnformasiya Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkədə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulub.
Ekologiya
6 Dekabr , 2019 16:47
“Report” İnformasiya Agentliyi ağacəkmə aksiyasında iştirak edib - VİDEO

“Report” İnformasiya Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkədə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulub. 

Agentliyin əməkdaşları Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində “Report” üçün ayrılan ərazidə ağaclar əkiblər.

Yeni əkilmiş ağaclara qulluq göstərilərək suvarma işləri aparılıb.

Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağac, əsasən, meyvə - zeytun, badam və s. ağacları əkilib.

Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.

Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.

Son xəbərlər

Orphus sistemi