Reklam Agentliyi ağacəkmə aksiyasında iştirak edib

Reklam Agentliyi ağacəkmə aksiyasında iştirak edib Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkədə genişmiqyaslı ağacəkmə aksiyası baş tutub.
Ekologiya
6 Dekabr , 2019 16:17
Reklam Agentliyi ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkədə genişmiqyaslı ağacəkmə aksiyası baş tutub.

Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) “Report”a bildirilib ki, aksiyaya bir sıra dövlət qurumları ilə yanaşı, Dövlət Agentliyi də qoşulub. Ağaclar Abşeron rayonu ərazisində xüsusi ayrılan zonada əkilib. 

Agentlik nümayəndələrindən ibarət qrup ADRA üçün ayrılan yerdə ağaclar əkməklə ictimaiyyətin diqqətini yaşıllıqların artırılmasına, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına yardımçı olmaq, atmosferi oksigenlə zənginləşdirməyə yönəldib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub. Bu aksiya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində baş tutub.  

Son xəbərlər

Orphus sistemi