Rəis müavini: "Ağgöl milli parkına 26 baş ceyran köçürülüb"

Rəis müavini: "Ağgöl milli parkına 26 baş ceyran köçürülüb" "Ağgöl və Şirvan milli parkları 2003-cü il iyulun 5-də Prezident İlham Əliyevin sərəncamına əsasən yaradılıb. Hər iki park ölkədə yaradılan ilk milli parklardandır. 2003-cü ilə qədər Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilər sahəsində milli park
Ekologiya
4 İyul , 2022 12:25
Rəis müavini: Ağgöl milli parkına 26 baş ceyran köçürülüb

"Ağgöl və Şirvan milli parkları 2003-cü il iyulun 5-də Prezident İlham Əliyevin sərəncamına əsasən yaradılıb. Hər iki park ölkədə yaradılan ilk milli parklardandır. 2003-cü ilə qədər Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilər sahəsində milli parklar kateqoriyasına uyğun qorunan ərazilər yox idi".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva deyib.

O xatırladıb ki, öncə Zəngəzur, daha sonra Ağgöl və Şirvan milli parkları yaradıldı. Bu ənənə indi də davam etdirilir:

"Həm Ağgöl, həm də Şirvan su bataqlıq ərazilərində yerləşən milli parklardır. Bu parkların yaradılmasında əsas məqsəd Azərbaycanın Qırmızı kitabına daxil edilən fauna və flora növlərinin, eyni zamanda ümumi ekosistemin mühafizəsini təşkil etməkdir. Həmçinin ekoloji turizm fəaliyyətinin həyata keçirilmək və unikal ərazilərin gələcək nəsillərə çatdırılmasını təmin etməkdir. Milli parklar yaradılandan bugünə qədər hər ikisinin turizm marşrutarında təkminləşdirmə işləri aparılıb. Turizm rekreasiyası zonasında turistlərə xidmət edən marşrutlar fəaliyyət göstərir. Fauna, flora zonasının mühafizəsi sahəsində də müəyyən işlər görülüb".

Rəis müavini qeyd edib ki, 2010-cu ildən başlayaraq Şirvan milli parkında ölkədə ilk rentraduksiya layihələrinə başlanılıb:

"Bununla ilk dəfə ceyranların rentraduksiya həyata keçirlib. Bu layihənin məqsədi ölkədə nadir və həssas növ olan ceyranların Şirvan milli parkının ərazisindən tutularaq həmin növün tarixən yaşadığı ərazilərə köçürülməsi idi. Bu layihə bu gün də uğurla davam etdirilir. Layihə çərçivəsində 293 baş ceyran Şirvan milii parkının ərazisindən tutularaq ceyranın tarixən yaşadığı ölkənin digər ərazilərinə köçürülüb. Bu ərazilərdən biri də Ağgöl milli parkının ərazisidir. Bu əraziyə 26 baş ceyran köçürülüb. Bu ceyranlar ildə bir dəfə daim monitoriq olunur. Saylarında artım müşahidə edilir. Turizim rekreasiyası üçün yeni ərazilərlə bağlı araşdırma aparılır ki, hansı ərazilər turistlərin təhlükəsiz hərəkətinə və təbiəti yaxşı tanımasına xidmət edə bilər".

Qeyd edək ki, 5 iyul Ağgöl və Şirvan Milli parklarının yaradılması günüdür.

Son xəbərlər

Orphus sistemi