İqlim dəyişikliyinə dair razılıq əldə edilib

İqlim dəyişikliyinə dair razılıq əldə edilib 190 ölkǝ iqlim dəyişikliyi ilə bağlı sazişin bəzi hissələri haqqında razılıq ǝldǝ edib
Ekologiya
14 Dekabr , 2014 22:54
İqlim dəyişikliyinə dair razılıq əldə edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ BMT-nin 190 üzv ölkǝnin nümayəndələri iqlim dəyişikliyi ilə bağlı sazişin bəzi hissələri haqqında razılıq ǝldǝ ediblǝr.

"Report" TRT telekanalına istinadən xəbər verir ki, razılaşmanın 2015-ci ilin dekabrında Parisdə imzalanması nǝzǝrdǝ tutulub.

BMT-nin Perunun paytaxtı Lima şəhərində keçirilən iclasında razılaşmaya əlavə ediləcək bir sıra təkliflər nəzərdən keçirilib.

Sənəddə ayrıca hər bir ölkənin 2015-ci ilin əvvəlində qlobal istiləşmənin qarşısının alınması üçün nə edə biləcəyi də qeyd edilib.

İqlim dəyişikliyi ilə mübarizədə konkret tədbirlər haqqında genişmiqyaslı razılaşmanın gələn ilin dekabrında Parisdə qəbul olunacağı güman edilir.

Son xəbərlər

Orphus sistemi