Rasim Səttarzadə: "Son illər Xəzər dənizində su səviyyəsinin azalması daha uzun müddət çəkir"

Ekologiya
  • 13 yanvar, 2023
  • 07:18
Rasim Səttarzadə: Son illər Xəzər dənizində su səviyyəsinin azalması daha uzun müddət çəkir
Rasim Səttarzadə

"Xəzər dənizinin su səviyyəsinin artıb-azalması ona xas olan məsələdir. Lakin son illər su səviyyəsinin azalması daha uzun müddət çəkir".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, su səviyyəsinin enməsi fəaliyyət istiqamətləri dənizə bağlı olan sahələrə mənfi təsir göstərir: "Eyni zamanda bu, Xəzər dənizinin temperaturunun artmasına səbəb olur ki, nəticədə su bioresurslarının sayı azalır".

44 filmi