Ramanada 100-ə yaxın Eldar şamı kəsilib

Ramanada 100-ə yaxın Eldar şamı kəsilib Bakı. 2 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər rayonu, Ramana-2 qəsəbəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya
2 İyul , 2018 15:17
Ramanada 100-ə yaxın Eldar şamı kəsilib
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər rayonu, Ramana-2 qəsəbəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidəki yaşıllıq zolağının hasara alındığı və 100-ə yaxın Eldar şamı ağacının kəsildiyi aşkar edilib.

Qanun pozucuları barədə qanunamüvafiq tədbirlərin görülməsi, ərazidə olan yaşıllıqların qorunması və hasarın sökülməsi üçün Sabunçu və Xəzər Rayon İcra Hakimiyyətlərinə və Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib.

Son xəbərlər

Orphus sistemi