Bakı. 5 dekabr. REPORT.AZ/
Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yerinə yenisinin əkilməsi üçün noyabrın 21-dən başlanan aksiyalar zamanı rayon icra hakimiyyətləri ilə birgə Azadlıq və Babək prospektlərində, H.Əliyev, M.Sənani, S.Vəzirov, Cavanşir, Salamzadə, Cavadxan, İ.Dadaşov, R.Rüstəmov, H.Zərdabi, Nizami, S.Cəfərov və A.İldırım küçələrində, Bakı-Qazax dairəvi yolunun yaxınlığında və Atçılıq kompleksinin ərazisində, ümumilikdə, 121 qurumuş və təhlükə yaradan ağac 1700-ə yaxın müxtəlif cinsli ağacla əvəzlənib.
ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər.