“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri mükafatlandırılıb Mükafatlandırma mərasimində dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər iştirak ediblər
Ekologiya
11 May , 2016 19:25
“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Yaradıcılıq Fondu (AYF) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi olan və ümumilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

"Report" xəbər verir ki, mükafatlandırma mərasimində dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər iştirak ediblər. 

Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev bildirib ki, Azərbaycanın dünya ölkələrinə müxtəlif cəmiyyətlərə təqdim edəcəyi çoxsaylı dəyərləri var. O bildirib ki, quran motivləri əsasında yazılmış hekayələrin nəşr olunduğu kitabda 50-dən çox hekayə toplanıb. 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, xalqların söykənəcəyi müəyyən dəyərlər olmayanda həmin xalq assimilyasiyaya uğrayır: "Azərbaycanın dəyərlər sistemində dili, ailə dəyərləri, eləcə də dini dəyərləri önəmli yer tutur. Heydər Əliyev Azərbaycanın milli-mənəvi dəyərlərinin, o cümlədən dini dəyərlərin qorunmasına çox böyük önəm verib. İslami dəyərlərimiz olduğu kimi yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır". 

Daha sonra ən müxtəlif yaş qruplarını təmsil edən hekayə müəlliflərinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, mərasim Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib. 

Son xəbərlər

Orphus sistemi