Qubada sexdə qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Qubada sexdə qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb Bakı. 1 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.
Ekologiya
1 Avqust , 2018 09:24
Qubada sexdə qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Quba rayonu Tülər kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 6 m3 həcmində fıstıq və vələs cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sex sahibi Yaşar Baxışov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 993 manat məbləğində ziyan tətbiq edilib. Meşə fonduna dəymiş ziyanın ödənilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi