Qubada qanunsuz şəkildə kəsilən meşə materialı aşkarlanıb

Qubada qanunsuz şəkildə kəsilən meşə materialı aşkarlanıb Bakı. 1 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədi ilə növbəti reyd keçirilib.
Ekologiya
1 May , 2018 09:22
Qubada qanunsuz şəkildə kəsilən meşə materialı aşkarlanıb
Eco.gov.az

Bakı. 1 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədi ilə növbəti reyd keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 m3 həcmində fısdıq cinsinə məxsus meşə materialı aşkar olunub və meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı sexin sahibi Ramil Kərimov barəsində akt tərtib olunub. 

Son xəbərlər

Orphus sistemi