Qubada ağacəkmə aksiyası keçirilib

Qubada ağacəkmə aksiyası keçirilib “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Quba rayonu ərazisində ağacəkmə aksiyası təşkil olunub.
Ekologiya
21 Oktyabr , 2024 13:14
Qubada ağacəkmə aksiyası keçirilib

“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Quba rayonu ərazisində ağacəkmə aksiyası təşkil olunub.

"Report"un Şimal bürosunun məlumatına görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə uyğun olaraq Quba şəhərində, həmçinin Quba-Xaçmaz avtomobil yolunun rayon ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada rayon rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, təşkilat və müəssisələrin kollektivləri, Vətən müharibəsi iştirakçıları, qazilər, eləcə də könüllülər iştirak edib.

Ağacəkmə aksiyasında iştirakçılar rayonun təbii şəraitinə uyğun olaraq 10 min çinar, Eldar şamı, tuya və küknar tingləri əkiblər.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, təmizlik-abadlıq işləri də apararaq ərazini alaq otları və daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb və əvvəllər əkilən tinglərə aqrotexniki qulluq göstəriblər.

Yaşıllıq aksiyası qarşıdakı günlərdə park və xiyabanlarda davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi