Parisdə Qlobal İqlim Razılaşması qəbul edilib

Parisdə Qlobal İqlim Razılaşması qəbul edilib Ekspertlər razılaşması tarixi qərar adlandırıblar
Ekologiya
12 Dekabr , 2015 23:25
Parisdə Qlobal İqlim Razılaşması qəbul edilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransın (COP21) sonunda yekun razılaşma əldə olunub.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, konfrans iştirakçıları atmosferin çirkləndirilməsi nəticəsində havanın temperaturunun XX əsrlə müqayisədə orta hesabla 2 dərəcədən yuxarı qalxmamasına dair razılıq əldə ediblər.

Bəzi inkişaf etmiş dövlətlərin etirazına baxmayaraq danışıqların sonunda Çin və Hindistan da yekun protokola müsbət rəy veriblər. Yeni sazişi ümumilikdə 195 ölkə dəstəkləyib.

Razılaşma atmosferə atılan zərərli tullantıların həcmini azaltmaq üçün inkişafda olan ölkələrə hər il 100 milyard dollara yaxın vəsaitin ayrılmasını nəzərdə tutur.

BMT-nin baş katibi Pan Gi Mun ölkələrin sazişi imzalamasını alqışlayıb və onu tarixi hadisə adlandırıb.

Son xəbərlər

Orphus sistemi