Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb Qızılağac Milli Parkının ərazisində ov qaydalarını pozduğuna görə Masallı rayon sakini Mirhasil Həsənov saxlanılıb.
Ekologiya
15 Fevral , 2022 11:39
Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Qızılağac Milli Parkının ərazisində ov qaydalarını pozduğuna görə Masallı rayon sakini Mirhasil Həsənov saxlanılıb.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, xidmətin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb: "Araşdırma zamanı brakonyerin Şabran şəhər sakini Musa İsmayılov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 250 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

O bildirib ki, faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi