Qızılağac Milli Parkında yanğın başlayıb

Qızılağac Milli Parkında yanğın başlayıb Bu gün Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində&baş verən yanğın sonradan külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçib.&
Ekologiya
6 İyul , 2020 17:32
Qızılağac Milli Parkında yanğın başlayıb

Bu gün Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac Milli Parkının ərazisinə keçib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. 

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır. 

Havaların isti və quraq keçməsi ilə əlaqədar  ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

Son xəbərlər

Orphus sistemi