Qəbələdə təbiətə 1 675 manatlıq ziyan dəyib

Qəbələdə təbiətə 1 675 manatlıq ziyan dəyib Ağacları kəsən şəxslər cəzalandırılacaq
Ekologiya
25 Yanvar , 2021 12:00
Qəbələdə təbiətə 1 675 manatlıq ziyan dəyib

Ağacları kəsən şəxslər cəzalandırılacaq

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Zarağan meşəbəyliyinin 4 saylı dolayında ağacların kəsildiyi aşkar edilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov "Report"a bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1675 manat məbləğində ziyan dəydiyi məlum olub.

O qeyd edib ki, faktla bağlı akt tərtib olunub: "Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ rayon Polis Şöbəsinə göndərilib".

Son xəbərlər

Orphus sistemi