Qaxda qanunsuz ov edən 6 nəfər saxlanılıb

Qaxda qanunsuz ov edən 6 nəfər saxlanılıb Təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək
Ekologiya
19 Aprel , 2021 12:45
Qaxda qanunsuz ov edən 6 nəfər saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə Qax rayonu Sarıbaş kəndinin yaxınlığında qanunsuz ovla bağlı daxil olan məlumat əsasında Xidmətin əməkdaşları tərəfindən 6 nəfər saxlanılıb.

Xidmətin rəisi Hikmət Əlizadə "Report"a bildirib ki, həmin şəxslərin silahlı olduğunu və Dağıstan turunun ovlanmasına ciddi şübhələr yarandığını nəzərə alaraq tərəfimizdən dərhal Qax rayon polis şöbəsinə müraciət olunub və ovçulara məxsus silahlar, müvafiq sübutlar polis şöbəsinə təqdim edilib.

O qeyd edib ki, polis şöbəsi tərəfindən ilkin araşdırma aparıldıqdan sonra təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi