Qaxda bələdiyyəyə məxsus ərazidə ağacları kəsən şəxs cəzalandırılıb

Qaxda bələdiyyəyə məxsus ərazidə ağacları kəsən şəxs cəzalandırılıb Qax rayonu, Almalı bələdiyyəsinə məxsus ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Ekologiya
16 Dekabr , 2021 10:15
Qaxda bələdiyyəyə məxsus ərazidə ağacları kəsən şəxs cəzalandırılıb
0 : 00
0 : 00

Qax rayonu, Almalı bələdiyyəsinə məxsus ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı ağacların Qax rayon sakini Abdulla Şahmurov tərəfindən kəsildiyi və təbiətə 17 400 manat məbləğində ziyan dəydiyi məlum olub.

O qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi