Qaradağda 1 ədəd tut ağacını kəsən şəxs 2000 manat cərimələnib

Qaradağda 1 ədəd tut ağacını kəsən şəxs 2000 manat cərimələnib Bakı. 26 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya
26 Fevral , 2018 12:10
Qaradağda 1 ədəd tut ağacını kəsən şəxs 2000 manat cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 26 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən ünvana keçirilən baxış zamanı diametri 20-24 sm olan 1 ədəd tut ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacın Qaradağ rayonu, Sahil qəsəbə sakini Kamil Paşayev tərəfindən kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Son xəbərlər

Orphus sistemi