Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlanıb

Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlanıb Qanunsuz meşə materiallarının axşam saatlarında “Mercedes-Benz” markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.
Ekologiya
20 Avqust , 2021 15:49
Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlanıb

Qanunsuz meşə materiallarının axşam saatlarında “Mercedes-Benz” markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.

Xidmət rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı “Mercedes-Benz” markalı 99-SH-688 dövlət nömrə nişanlı avtomobildə meşə materialının daşındığına şübhələr yarandığından Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilib:

"Binəqədi rayonu ərazisində avtomobil saxlanılaraq yük yerinə baxış keçirilib. Baxış zamanı qanunsuz yolla əldə edilmiş 16 m3 həcmində işlik meşə materialı aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır”.

Son xəbərlər

Orphus sistemi