Qanunsuz yolla əldə edilən meşə materialı aşkar olunub

Qanunsuz yolla əldə edilən meşə materialı aşkar olunub Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Ekologiya
961
22 Sentyabr , 2021 11:11
Qanunsuz yolla əldə edilən meşə materialı aşkar olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı 42-BS-592 dövlət nömrə nişanlı “Qazel” markalı nəqliyyat vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avtomobilin yük yerinə keçirilən baxış zamanı 4,75 m3 həcmində meşə materialı aşkar edilib.

Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materialının Lənkəran rayon sakini Rüfət Səfərov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1276 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi