Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının ötən həftə keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Ekologiya
24 Yanvar , 2022 15:58
Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının ötən həftə keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

"Report" xəbər verir ki, bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Astara şəhər sakinləri Eldar Cəbrayılov və Asəf Qasımov olduğu müəyyən edilib: "Ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bakı şəhər sakini Ziyadxan Sadıqov, Qaradağ rayon sakinləri Elvin İsmayılov, Elnur Nadirov və Saatlı rayon sakini Eldəniz Fərzəliyev saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Son xəbərlər

Orphus sistemi