Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib

Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib Gülşad Məmmədova: “Qış fəsli ilə bağlı fəsillik proqnoz dekabr ayının əvvəlində ictimaiyyətə təqdim olunacaq”
Ekologiya
937
27 Sentyabr , 2017 10:56
Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 27 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, qış fəsli haqqında proqnozun verilməsi hələ tezdir: “Fəsillik proqnozları Proqnozlar bürosu verir. Qış fəslinin necə keçəcəyi ilə bağlı indidən məlumat vermək doğru deyil. Qış fəsli ilə bağlı fəsillik proqnoz isə dekabr ayının əvvəlində ictimaiyyətə təqdim olunacaq”.

G.Məmmədovanın sözlərinə görə, hazırda payız fəsli ilə bağlı fəsillik proqnoz vermək mümkündür.

Qeyd edək ki, dünən KİV-lərdə bu il Azərbaycanda qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi