Proqnozlar Bürosu: Qeyri-sabit hava şəraiti noyabın 25-dək davam edəcək

Proqnozlar Bürosu: Qeyri-sabit hava şəraiti noyabın 25-dək davam edəcək Gülşad Məmmədova: "Noyabrın 23-24-ü bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq"
Ekologiya
23 Noyabr , 2017 11:55
Proqnozlar Bürosu: Qeyri-sabit hava şəraiti noyabın 25-dək davam edəcək

Bakı. 23 noyabr. REPORT.AZ/ "Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabın 25-i gündüz saatlarınadək davam edəcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, noyabrın 23-24-ü bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur: "Bu günlərdə ölkə ərazisində havanın temperaturu gündüz 9-13, gecə 7-9, rayonlarda gecə 3-8, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir". 

Son xəbərlər

Orphus sistemi