Proqnozlar Bürosu: Oktyabrın 5-də yağış kəsəcək, temperatur yüksələcək

Proqnozlar Bürosu: Oktyabrın 5-də yağış kəsəcək, temperatur yüksələcək Gülşad Məmmədova: “Qeyri-sabit hava şəraiti sabah da davam edəcək”
Ekologiya
3 Oktyabr , 2017 10:48
Proqnozlar Bürosu: Oktyabrın 5-də yağış kəsəcək, temperatur yüksələcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Oktyabrın 5-dən etibarən hava sabitləşəcək, yağış kəsəcək, temperatur yüksələcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, hazırda ölkə ərazisində yağmurlu hava şəraiti müşahidə olunur: “Bəzi yerlərdə yağış leysan xarakterli, intensivdir. Axşam bəzi ərazilərdə isə qar yağıb. Qeyri-sabit hava şəraiti sabah da davam edəcək”.

G.Məmmədova qeyri-sabit hava şəraitinin oktyabr ayının 5-dən etibarən düzələcəyini deyib. Onun sözlərinə görə, oktyabrın 5-i gündüz saatlarından havanın mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək”. 

Son xəbərlər

Orphus sistemi