Proqnozlar Bürosu: Duman gün ərzində davam edəcək - FAKTİKİ HAVA - VİDEO

Proqnozlar Bürosu: Duman gün ərzində davam edəcək - FAKTİKİ HAVA - VİDEO Gülşad Məmmədova: "Hazırda havanın temperaturu 8 dərəcədir"
Ekologiya
5 Fevral , 2018 09:27
Proqnozlar Bürosu: Duman gün ərzində davam edəcək - FAKTİKİ HAVA - VİDEO
Report/ Firi Salim

Bakı. 5 fevral. REPORT.AZ/ Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında hazırda cənub-qərb küləyi əsir: "Küləyin arabir güclənməsi müşahidə olunur. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dumanın gün ərzində davam edəcəyi, günün ikinci yarısında zəifləyəcəyi gözlənilir".

Dumanın səbəbinə gəlincə mütəxəssis bildirib ki, bir neçə gündür dənizdən hərəkət edən cənub-şərq küləyinin üstünlüyü duman qatının əmələ gəlməsinə səbəb olub: "Hazırda havanın temperaturu 8 dərəcədir. Gün ərzində havanın temperaturunun 7-11 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır". 

Son xəbərlər

Orphus sistemi