Proqnozlar Bürosu: Azərbaycanda sabit hava şəraiti davam edəcək

Proqnozlar Bürosu: Azərbaycanda sabit hava şəraiti davam edəcək Gülşad Məmmədova: “Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”
Ekologiya
19 Oktyabr , 2017 10:18
Proqnozlar Bürosu: Azərbaycanda sabit hava şəraiti davam edəcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ “Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək: “Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”.

Son xəbərlər

Orphus sistemi