Proqnozlar Bürosu: Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Proqnozlar Bürosu: Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək Gülşad Məmmədova: “Növbəti günlərdə Bakı şəhərində intensiv yağışlar zəifləyəcək”
Ekologiya
28 Sentyabr , 2017 14:47
Proqnozlar Bürosu: Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ “Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabr ayının axırına kimi davam edəcək”

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: “Müxtəlif yerlərdə yağış intensiv olacaq. Havanın temperaturu günorta saatlarında 17-22, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək”.

Növbəti günlərdə Bakının hava şəraitinə gəlincə G.Məmmədova vurğulayıb ki, paytaxtda yağan intensiv yağışlar növbəti günlərdə zəifləyəcək: “Paytaxtda fasilələrlə yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək”.

Son xəbərlər

Orphus sistemi