Yuxarı
    Bağlamaq

    Proqnozlar Bürosu: “Azərbaycanda növbəti iki gün ərzində güclü külək olmayacaq”

    ​“Yaxın iki gün ərzində Azərbaycanda mülayim cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq”

    Bakı. 26 aprel. REPORT.AZ/ “Azərbaycanda növbəti iki gün ərzində güclü külək əsməyəcək”.

    Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

    Onun sözlərinə görə, hazırda ölkə ərazisində sakit hava şəraiti müşahidə olunur: “Növbəti iki gün ərzində də hava şaraitində mühüm dəyişiklik gözlənilmir”.

    G.Məmmədova qeyd edib ki, yaxın iki gün ərzində Azərbaycanda mülayim cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: “Artıq iki gündür ki, ölkə ərqazisində qeyri-sabit, küləkli hava şəraiti müşahidə olunur. Lakin bu gündən, yəni aprelin 26-dan etibarən hava şəraiti mülayimləşəcək. Növbəti iki gündə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi