Proqnozlar Bürosu: Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək

Proqnozlar Bürosu: Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək Gülşad Məmmədova: "Ölkə ərazisində yağış yağması ehtimalı yoxdur"
Ekologiya
18 İyul , 2017 10:46
Proqnozlar Bürosu: Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək

Bakı. 18 iyul. REPORT.AZ/ "Növbəti iki gün ərzində Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, iyul ayının 19-20-də ölkə ərazisində yağış yağması ehtimalı yoxdur: "Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 35-39-dərəcə, bölgələrdə 35-40, dağarda isə 25-30 dərəcə arası dəyişəcək". 

Son xəbərlər

Orphus sistemi