Prezident İlham Əliyev: "Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti ardıcıl olaraq dəstəkləyir"
Prezident İlham Əliyev: "Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti ardıcıl olaraq dəstəkləyir""Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti ardıcıl olaraq dəstəkləyir və enerji səmərəliliyinin artırılması üçün müxtəlif tədbirlər həyata keçirir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
"Report" paylaşımı təqdim edir: “Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm.
Biz COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik.
BƏƏ-də COP28-in yüksək səviyyədə təşkil edilməsinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana minnətdarlığımı bildirir və iqlimlə bağlı birgə tədbirlərimizi davam etdirməyimizi səbirsizliklə gözləyirəm”.
Azerbaijan consistently supports global climate action and implements various energy efficiency measures. Clean environment and green growth are among our national priorities. Renewable energy is gaining momentum in Azerbaijan. Hosting the 29th session of the Conference of the… pic.twitter.com/L4zkCLTwYK