Plastik qabların tullantılarından nələrin istehsal olunacağı açıqlanıb

Plastik qabların tullantılarından nələrin istehsal olunacağı açıqlanıb Bakı. 29 iyun. REPORT.AZ/ Plastik qabların tullantılarından nələrin istehsal olunacağı açıqlanıb.
Ekologiya
29 İyun , 2018 15:30
Plastik qabların tullantılarından nələrin istehsal olunacağı açıqlanıb

Bakı. 29 iyun. REPORT.AZ/ Plastik qabların tullantılarından nələrin istehsal olunacağı açıqlanıb.

"Report"un xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında ETSN-in sektor müdiri Mehman Nəbiyev bildirib ki, plastik qabların tullantılarından meyvələrin daşınması üçün taralar, gül qabları, bəzi kağızlar, yumurtanın daşınması üçün qablar, kanalizasiya boruları və s. istehsal olunur: "Plastik qabların təkrar emalı dedikdə ondan qida sənayesi üçün nəzərdə tutulmayan daşıma vasitələrinin istifadə olunması nəzərdə tutulur".

Onun sözlərinə görə, ETSN bu məqsədlə üç şirkətlə əməkdaşlığa başlayıb: "Müraciət edən şirkətlərin sayı artır. Gələcəkdə əməkdaşlıq edəcəyimiz şirkətlərin sayının çoxalacağını düşünürük. Çünki rayonlardan plastik qablar üçün olan konteynerlərin yerləşdirilməsi üçün yolladığımız məktublara cavablar gəlir. Yaxın günlərdə bir neçə yerdə, məsələn, Mingəçevir, Daşkəsən, Masallı, Salyan rayonlarında plastik tullantıların toplanması üçün konteynerlər yerləşdiriləcək".

Sektor müdiri qeyd edib ki, konteynerlərin yerləşdirilməsi layihəsi Nazirliyin təşəbbüsüdür, amma bu işin davamını şirkətlər özü edəcək: "Bu tullantılar xammaldır, onlara ehtiyacı olan müəssisələr çoxdur. Onlar özləri həmin konteynerləri artırmağa maraqlıdırlar".

Son xəbərlər

Orphus sistemi